Azərbaycan Basketbol Liqası: NTD “Gəncə” önündə ümumi hesabı bərabərləşdirib
Komanda
- 10 may, 2023
- 13:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Basketbol Liqasında “Gəncə” və NTD komandaları arasında yarımfinal seriyasının ikinci oyunu keçirilib.
“Report”un məlumatına görə, Gəncə Olimpiya İdman Kompleksində pley-off mərhələsi çərçivəsində baş tutan görüşdə bu dəfə qonaq komanda qələbə qazanıb.
Rəqibini 105:76 hesabı ilə üstələyən NTD ümumi hesabı bərabərləşdirib - 1:1.
Qarşılaşmanın ən məhsuldar oyunçusu Londel Kinq olub. NTD-nin basketbolçusu 27 xal və 13 ribaundluq performans sərgiləyib.
“Gəncə”nin ən yaxşısı olan Amil Həmzəyev isə 19 xal, 4 ribaundluq göstəriciyə baxmayaraq, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, digər cütlükdə “Sabah” “AAAF Xırdalan”a hər iki görüşdə qalib gələrək, finala yüksəlib.
Son xəbərlər
23:03
Təmir işləri ilə əlaqədar sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
Energetika
22:57
Rusiya noyabrda 9 uşağı Ukraynaya qaytaracaq
Region
22:48
Azərbaycanın Meksikadakı səfirliyi və konsulluğu iki gün fəaliyyət göstərməyəcək
Xarici siyasət
22:47
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu 38 yaşında dünyasını dəyişib
Futbol
22:39
Foto
"Afyon qətliamı"nı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb – Yenilənib
Region
22:28
"Bloomberg": Qətər ABŞ-dən mayeləşdirilmiş təbii qaz alışını artırmağı planlaşdırır
Digər ölkələr
22:15
Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək
Region
22:02
Fransada genişmiqyaslı etirazlara 600 min nəfər qatılıb - Yenilənib
Region
21:54
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Region