Rezident əlaqələndirici: "Hindistanda növbəti 20 ildə 400 milyon insan şəhər mərkəzlərinə köçəcək"

İnfrastruktur
  • 20 may, 2026
  • 13:03
Rezident əlaqələndirici: Hindistanda növbəti 20 ildə 400 milyon insan şəhər mərkəzlərinə köçəcək

Hindistanda növbəti 20 il ərzində 400 milyon insan şəhər mərkəzlərinə köçəcək.

"Report" xəbər verir ki, bunu BMT-nin Hindistandakı rezident əlaqələndiricisi Stefan Prisner Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Davamlı şəhər inkişafı üçün tranzityönlü inkişaf" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, hazırda Hindistanda şəhər mərkəzlərində 500 milyon insan yaşayır: "Digər tərəfdən, şəhərsalma məsələsi olduqca mükəmməl proqramlarla Hindistanın gündəliyinin ən yerlərindən birini təşkil edir. Bura dünyada ən böyüklərdən sayılan bəzi iddialı sosial (müasir, əlçatan) mənzil proqramları da daxildir. Son bir neçə ildə 12,5 milyon əlçatan sosial ev tikilib və indi daha 10 milyon əlavə evin tikintisi təsdiqlənib. Oxşar şəkildə, su və sanitariya proqramları var və şəhərsalma üçün 50 milyard ABŞ dolları toplamağı hədəfləyən, yeni təsdiqlənmiş Şəhər Çağırış Fondu mövcuddur".

Qonaq vurğulayıb ki, əsas çətinliklərdən biri odur ki, dünyanın bir çox digər yerlərində olduğu kimi, Hindistanda da şəhərlər ətraf ərazilərə doğru böyüyür: "Məsələn, Banqalor şəhərinin ərazisi 20 ildən az bir müddətdə - 1995-2011-ci illərdə 3 dəfə genişlənib, əhalisinin sayı isə 4 milyondan 8 milyona çatıb. Bu isə təbii ki, üç dəfə çox enerji tələbatı və təkcə avtomobil nəqliyyatının payına düşən 25 % çox yanacaq istehlakı deməkdir. Beləliklə, bu, dayanıqlı və inklüziv şəhər inkişafının tamamilə əksidir".