Qaviriya: Şəhərlərin dağıdılmasının qarşısının alınması prioritetə çevrilməlidir
- 21 may, 2026
- 10:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəhərlərin dağıdılmasının və əhalinin məcburi köçürülməsinin qarşısının alınması beynəlxalq ictimaiyyətin əsas prioritetlərindən birinə çevrilməlidir.
"Report"un məlumatına görə, bu barədə BMT-nin mənzil hüququ üzrə xüsusi məruzəçisi Paula Qaviriya Bakıda WUF13 çərçivəsində keçirilən "Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir" mövzusunda tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, urbanistik böhranlar insan hüquqlarının pozulmasının və beynəlxalq humanitar hüququn zəifləməsinin nəticəsidir:
"Şəhərlərin dağıdılmasının və icmaların köçürülməsinin qarşısını almağa qadir deyiliksə, gələcək haqqında danışa bilmərik".
BMT-nin xüsusi məruzəçisi qeyd edib ki, bu cür proseslər Qəzza, Suriya və Ukraynada müşahidə olunur:
"Beynəlxalq ictimaiyyət böhranların yalnız nəticələrinin aradan qaldırılmasına deyil, onların qarşısının alınmasına daha çox diqqət yetirməlidirlər. Pozuntular davam edirsə və qarşısı alınmırsa, bərpa işləri necə başlaya bilər?"