"Qatar Airways"in təyyarəsi Bakıya eniş etməli olub
İnfrastruktur
- 06 iyul, 2026
- 21:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qatar Airways" aviaşirkətinə məxsus, Doha–Tbilisi marşrutu üzrə QTR253 reysini yerinə yetirən hava gəmisi ehtiyat hava limanı qismində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Bu barədə "Report"a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.
Bu qərar təyinat hava limanı olan Tbilisidə müşahidə olunan əlverişsiz meteoroloji şərait səbəbindən hava gəmisinin komandiri tərəfindən qəbul edilib.
Airbus A320 tipli hava gəmisi yerli vaxtla saat 20:23-də uğurla eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportu hava gəmisinə mövcud prosedurlara uyğun xidmət göstərib. Meteoroloji şərait yaxşılaşdıqdan sonra reys təyinat məntəqəsinə uçuşunu davam etdirəcək.
Son xəbərlər
11:45
Mərkəzi Bankın maliyyə institutlarına nəzarət səlahiyyətlərinin genişləndirilməsi birinci oxunuşdan keçib
Milli Məclis
11:44
Qoşqar Təhməzli: "Qida təhlükəsizliyi yalnız kafe və restoranlara nəzarət deyil"
ASK
11:42
AQTA sədri: "Qida zəhərlənmələri əsasən məişətdə baş verir"
ASK
11:40
Azərbaycan son 4 ildə yeni dövlət standartlarının qəbulunu 10 dəfəyə yaxın artırıb
Biznes
11:37
Foto
Hadrutda ümumrespublika energetiklər yarışının finalı keçirilir
Energetika
11:37
MM Qubada iki bələdiyyənin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adının dəyişdirilməsini təsdiqləyib
Milli Məclis
11:34
Əli Hüseynli: Dövlət qulluqçuları üçün təkrar sertifikat tələbi ləğv edilir
Milli Məclis
11:33
Bərabərhüquqluluq, suverenliyə hörmət Azərbaycanın beynəlxalq münasibətlərdə yanaşmasının təməlini təşkil edir - rəy
Xarici siyasət
11:31
Azərbaycanda neft məhsulları istehsalının ümumi dəyəri açıqlanıb
Energetika