Ələt azad iqtisadi zonasının ərazisi yeni torpaq sahələri hesabına genişləndiriləcək
İnfrastruktur
- 25 noyabr, 2025
- 16:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Prezident İlham Əliyev "Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında" 22 may 2020-ci il tarixli fərmanında dəyişiklik edib.
"Report" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Zonanın yaradılması prosesində İqtisadiyyat Nazirliyinin tərtib etdiyi "Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, dövlət mülkiyyətində olan ərazidən Ələt azad iqtisadi zonasına ayrılması nəzərdə tutulan (V hissə) 1 453,09 hektar torpaq sahəsinin yerquruluşu planı da nəzərə alınacaq.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.
Son xəbərlər
17:20
Quru Qoşunlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib
Hərbi
17:14
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Elm və təhsil
16:57
Britaniyada fırtına səbəbindən 57 mindən çox ev işıqsız qalıb
Digər ölkələr
16:55
Azərbaycan Premyer Liqasının IX turunda daha bir görüş baş tutub
Futbol
16:49
Foto
Serbiyada parlament seçkilərində seçici fəallığı 34,55 faizə çatıb - Yenilənib
Digər ölkələr
16:23
Serbiyanın hakim partiyası Vuçiçin anasına hücum edildiyini bildirib
Digər ölkələr
16:10
Foto
Musa Qasımlı: Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir
Xarici siyasət
15:58
Foto
AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət edib
Komanda
15:56
Foto
Sumqayıtda beş avtomobil toqquşub
Hadisə