Naxçıvanda hava nəqliyyatı ilə sərnişin və yük daşınması artıb

İnfrastruktur
  • 23 oktyabr, 2026
  • 15:07
Naxçıvanda hava nəqliyyatı ilə sərnişin və yük daşınması artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında hava nəqliyyatı ilə 667,1 min sərnişin və 10,9 min ton yük daşınıb.

Naxçıvanın Dövlət Statistika Komitəsindən "Report"un yerli bürosuna bildirilib ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,1 % və 5,8 % çoxdur.

9 ayda muxtar respublikada daşınan sərnişinlərin 1,8 %-i hava nəqliyyatının payına düşüb. Yük daşımalarında isə hava nəqliyyatının payı isə 0,2 % təşkil edib.

44 filmi