Nambiyalı mer: Ağıllı şəhər strategiyası şəhərimizin təhlükəsizliyində mühüm rol oynayır
- 22 may, 2026
- 11:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Nambiyada ağıllı şəhər strategiyasından istifadə Vindhoek şəhərinin təhlükəsizliyində mühüm rol oynayır.
"Report" xöbər verir ki, bu barədə Namibiyanın Vindhoek şəhərinin meri Sakarias Uunona WUF13 çərçivəsində təşkil olunan "Təcrübədə ədalətli keçidlər: Qeyri-rəsmilik və böhran üçün rəqəmsal alətlərin birgə yaradılması" adlı tədbirdəki çıxışında deyib.
Onun sözlərinə görə, Vindhoek şəhərində mənzil və qeyri-rəsmi məskunlaşma problemlərini həll etmək üçün "ağıllı şəhər" strategiyasından istifadə şəhərin qeyri-rəsmi yaşayış məntəqələrinin xəritələşdirilməsi məsələsində çox kömək edib:
"Belə ki, bu, sərhədlərin müəyyən edilməsi və xəritələşdirilməsi baxımından faydalı olur. Bu, bizə torpaqla bağlı xidmətlərin göstərilməsi baxımından dəqiq rəqəmlər verir. Bunun nəticəsində hər bir təsərrüfat üçün neçə kvadratmetr sahəyə ehtiyac olduğunu dəqiqləşdiririk".
Mer əlavə edib ki, yol infrastrukturu olmadan evlərin inşası ciddi çətinlik yaradır:
"Yol olmasa, insanlar evlərinə və ya iş yerlərinə necə gedəcəklər? Biz şəhər polisi ilə birlikdə hazırda küçələrdə sensorlar və kameraları olan bir sistem qurmuşuq, onun vasitəsilə fərdlərin üzlərini tanıya bilirik. Həmçinin cinayətlər və ya daxili qayda-qanunlara, eləcə də normativ aktlara əməl etməyənlərin avtomobil nömrələrini müəyyən edirik".