Maria Paçeko: Şəhərin qurulması həm də uşaqlıq dövrü üçün məkan ədalətinin təmin olunmasıdır

İnfrastruktur
  • 21 may, 2026
  • 17:14
Maria Paçeko: Şəhərin qurulması həm də uşaqlıq dövrü üçün məkan ədalətinin təmin olunmasıdır

Şəhərin qurulması yalnız infrastruktur problemi deyil, eyni zamanda erkən uşaqlıq dövrü üçün məkan ədalətinin təmin olunması məsələsidir.

"Report" xəbər verir ki, bunu Kolumbiyanın Kali bələdiyyəsinin Şəhərsalma və Yeniləmə Şirkətinin (EDRU) meneceri Maria Paçeko Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Erkən uşaqlıq dövrü üçün ictimai məkanlar" mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, şəhərin qurulması yalnız infrastruktur problemi deyil, eyni zamanda erkən uşaqlıq dövrü üçün məkan ədalətinin təmin olunması məsələsidir:

"Şəhərin mərkəzində bəzi ərazilərdə əhalinin təxminən 24 faizini uşaqlar və yeniyetmələr təşkil edir. Bu anlayış əsasında Kali şəhəri bir sıra təcrübələri inkişaf etdirib. Bunlardan biri "Boulevard Viguera" layihəsidir. Hazırda layihə şəhərin şərq hissəsini əhatə edir və erkən uşaqlıq dövründə olan uşaqların təxminən 60 faizi burada yaşayır. Biz "arzuların xəritələndirilməsi" prosesini də həyata keçirdik və tarixən baxımsız qalmış şəhər sektorunda uşaqlar üçün xüsusi hazırlanmış təhlükəsiz və əyləncəli məkan – "oyun balonu" yaratdıq".

Şirkət meneceri vurğulayıb ki, ikinci istiqamət isə dayanıqlı və iqlimə davamlı infrastrukturdur:

"Biz həmçinin "süngər şəhər" strategiyalarını tətbiq edirik. Burada yağış bağları yalnız daşqınların qarşısını almağa xidmət etmir, eyni zamanda ictimai məkanların ətrafında daha sərin və təhlükəsiz mikroiqlim yaradır. Bu yanaşma azyaşlılar üçün istilik komfortunu yaxşılaşdırır və daha dayanıqlı şəhər mühiti formalaşdırır".

44 filmi