Li Lipin: Çin şəhərlərin dayanıqlı inkişaf təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşməyə hazırdır
- 22 may, 2026
- 10:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Çin şəhərlərin dayanıqlı inkişaf təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə Çinin Beynəlxalq Ticarətin Təşviqinə Dəstək Şurasının (CCPIT) Tikinti Sənayesi Altkomitəsinin rəhbəri Li Lipin WUF13 çərçivəsindəki tədbirdə videomüraciətində bildirib.
L.Lipin qeyd edib ki, XXI əsrin əvvəlindən Çində urbanizasiya xeyli sürətlənib, şəhər mühitinin keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb və bunun sayəsində ölkə davamlı şəhər inkişafı sahəsində əhəmiyyətli təcrübə toplayıb.
"Son illərdə Çinin tikinti sektoru rəqəmsal və intellektual transformasiya, "ağıllı" şəhərlərin inkişafı, şəhər renovasiyası, həmçinin yaşıl və aşağı karbonlu inkişafın təşviqi sahələrində əhəmiyyətli nəticələr əldə edib", - o bildirib.
Lipin, həmçinin urbanizasiya və şəhərlərin davamlı inkişafı ilə bağlı qlobal məsələləri beynəlxalq tərəfdaşlarla birlikdə həll etməyə hazır olduğunu bildirib.