Fransa WUF13-də uğurlu mənzil təcrübələrini dünya regionları arasında yaymağı təklif edib
- 20 may, 2026
- 12:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransa mənzil sahəsində səmərəli həllərin beynəlxalq mübadiləsini qurmaq təşəbbüsü ilə çıxış edir.
"Report" xəbər verir ki, bu barədə Fransanın davamlı şəhərlər üzrə nazirlik nümayəndəsi İv-Loran Sapoval Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qlobal Mənzil Maliyyələşdirməsindən Yerli Əlverişli Mənzil Fəaliyyətinə: Qlobal İnkişafdan və Submilli Maliyyədən İstifadə" adlı panel müzakirəsində bildirib.
"Mən mənzil tikintisi sahəsindəki uğurlu təcrübələri dünyanın müxtəlif regionları arasında daha fəal şəkildə yaymağa çağırıram. Hansı ölkəyə getsək də, həll yollarının artıq tapıldığına əmin oluruq", - o vurğulayıb.
İ. Sapovalın sözlərinə görə, Cənubi Amerika ölkələrində sınaqdan keçirilmiş səmərəli təcrübələr çox vaxt Afrika qitəsində tamamilə naməlum qalır.
"Sosial kirayə mənzillər milli mənzil siyasətlərinin formalaşdırılması zamanı son dərəcə nadir hallarda nəzərə alınan, lazımınca qiymətləndirilməmiş bir alətdir", - fransız nümayəndə əlavə edib.