FIABCI prezidenti: "Şəhərlərin dayanıqlı inkişafı üçün ənənəvi tərəfdaşlıq modelləri artıq yetərli deyil"

İnfrastruktur
  • 20 may, 2026
  • 14:30
FIABCI prezidenti: Şəhərlərin dayanıqlı inkişafı üçün ənənəvi tərəfdaşlıq modelləri artıq yetərli deyil

Şəhərlərin dayanıqlı inkişafı üçün dövlət və özəl sektorun ənənəvi tərəfdaşlıq modelləri artıq kifayət etmir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Daşınmaz Əmlak Federasiyasının (FIABCI) prezidenti Antonio Kampanyoli Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Biznes Dəyirimi Masasında deyib.

A. Kampanyoli özəl sektorun şəhərsalmadakı rolundan və investisiya risklərini qeyd edib: "Biz dayanıqlı cəmiyyətdə mənzil maliyyələşdirilməsinin mərkəzi nöqtəsinin risklərin azaldılması olduğuna inanırıq. Bəzi modelləri öyrənirik – Kanada, Avropa, Avstriya və buna bənzər bəzi modellər mövcuddur. Bəzən risklər siyahısında olan bəndlərdən biri təkcə maliyyə riski deyil. Bu, parçalanma, etimadsızlıq, idarəetmə çatışmazlığı, qeyri-sabitlikdir. Eyni zamanda institusional investorlar ilə icmalar arasında uzunmüddətli münasibətlərin mətn və istinad kontekstidir".

O, gələcəyin şəhərsalma modelində ənənəvi yanaşmalardan imtina edilməsinin və yeni "5P" konsepsiyasının tətbiqinin zəruriliyini vurğulayıb: "Adətən bu, 3P-dir (Dövlət-Özəl Tərəfdaşlığı), lakin bura "insanlar" (People) və "siyasət" (Policy) də daxil edilir. Çünki bu beşölçülü məna bir-birindən qopuq olarsa, heç bir şəhər dayanıqlı ola bilməz. Ənənəvi olaraq, biz bir çox dinamik dövlət-özəl tərəfdaşlığına güvənmişik, lakin bu gün bu artıq kifayət deyil. 5P maliyyə riskini azaldır, çünki layihələr daha çox kreditləşdirilə bilən və sosial cəhətdən qəbul edilən olur; bu, siyasi riski azaldır, çünki maraqlı tərəflərin maraqları üst-üstə düşür. Bu, əməliyyat riskini azaldır, çünki idarəetmə daha çox əməkdaşlığa əsaslanır və sosial riski azaldır, çünki icmalar həllin bir hissəsinə çevrilir".