“Buta Airways” Bakı-Odessa istiqamətində uçuşları bərpa edəcək
İnfrastruktur
- 03 fevral, 2020
- 13:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi – “Buta Airways” şirkəti Bakıdan Ukraynanın Odessa şəhərinə uçuşları bərpa edəcək.
“Report” xəbər verir ki, bu barədə Odessa Beynəlxalq Hava Limanı məlumat yayıb.
Məlumata görə, aviareyslər bu il mayın 14-dən başlayaraq hər həftənin cümə axşamı və bazar günləri həyata keçiriləcək. Təyyarə Bakıdan saat 07:15-də yola düşəcək və yerli vaxtla 9:40-da Odessaya çatacaq. Biletlərin birtərəfli qiyməti 52 ABŞ dolları təşkil edəcək.
Xatırladaq ki, “Buta Airways” ötən il mayın 16-dan Bakı-Odessa reysinin yerinə yetirilməsinə başlayıb və qış qrafikinə keçməsi ilə əlaqədar oktyabrın 27-də sözügedən istiqamətdə uçuşları dayandırıb.
Son xəbərlər
05:45
Egey dənizində zəlzələ olub
Region
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol