Bu gün Şirvan və Salyanda su kəsiləcək

İnfrastruktur
  • 28 noyabr, 2018
  • 05:39
Bu gün Şirvan və Salyanda su kəsiləcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Şirvan və Salyan şəhərlərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq. 

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, buna səbəb Şirvan-Muğan qrup su kəmərində aparılacaq profilaktik işlərdir. 

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib. 

44 - Tezliklə