Bu gün Bakının 3 rayonunda su olmayacaq

İnfrastruktur
  • 25 sentyabr, 2017
  • 06:40
Bu gün Bakının 3 rayonunda su olmayacaq

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda gün ərzində Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə, eləcə də Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən "Report"a daxil olan məlumata görə, suyun kəsilməsi magistral kəmərlərdə təmir-bərpa və yenidənqurma işlərinin aparılması ilə əlaqədar reallaşdırılacaq.