Bakıda Çinin Çendu şəhərinin nümayəndə heyəti ilə görüş keçirilib

İnfrastruktur
  • 20 iyun, 2017
  • 14:05
Bakıda Çinin Çendu şəhərinin nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 20 iyun. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-də "Çendu beynəlxalq dəmir yolu" MMC-nin baş direktor müavini Jaq Yinqin (Zhahg Jing) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

"Report" bu barədə “Azərbaycan Dəmir Yolları”na istinadən xəbər verir.

Cəmiyyətin sədri Cavid Qurbanov bildirib ki, Azərbaycan üzərindən yüklərin daşınmasının effektivliyini və rəqabət qabiliyyətliliyini artırmaq üçün bütün imkanlar səfərbər olunub. O, Azərbaycanın Çin tərəfinə yüklərin Azərbaycan üzərindən daşınmasına hər cür dəstək göstərməyə hazır olduqlarını qeyd edib.

Görüşdə həmçinin iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində qarşıda duran işlər müzakirə olunub.

"Çendu beynəlxalq dəmir yolu" MMC-nin baş direktor müavini J.Yinq Çin məhsullarının Şərqi Avropaya, Yaxın Şərq ölkələrinə, habelə Türkiyə və Gürcüstana çatdırılması üçün Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən yararlanmaqda maraqlı olduqlarını bildirib.

44 filmi