AZAL növbəti dəfə dünyanın 100 ən yaxşı aviaşirkəti siyahısına düşüb
İnfrastruktur
- 18 iyul, 2018
- 07:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 iyul. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC (AZAL) növbəti dəfə dünyanın 100 ən yaxşı aviaşirkətinin siyahısına düşüb və 58-ci yeri tutub.
"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.
Xatırladaq ki, ənənəvi reytinq cədvəlini Böyük Britaniyanın "Skytrax" konsaltinq şirkəti tərtib edib. Siyahıda MDB ölkələrindən Azərbaycanla yanaşı, Rusiyanın və Qazaxıstanın milli aviadaşıyıcıları da yer alıb. "Aeroflot" 23-cü yerdə, "Air Astana" isə 48-ci yerdə qərarlaşıb.
Dünyanın ən yaxşı aviaşirkəti isə "Singapore Airlines" olub. Növbəti yerləri isə "Qatar Airways" və "ANA All Nippon Airlines" (Yaponiya) tutub. "Türk Hava Yolları" şirkəti isə siyahıda 18-ci olub.
Son xəbərlər
17:45
Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb
Sənaye
17:40
Madriddə pensiya sisteminin özəlləşdirilməsinə qarşı nümayiş keçirilib
Digər ölkələr
17:23
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb
Maliyyə
17:22
Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycanın U-20 voleybol millisi ikinci oyunda məğlub olub
Komanda
17:11
Fransada etirazlarda 135 nəfər saxlanılıb, asayişin təmin edilməsinə 70 min polis cəlb ediləcək
Digər ölkələr
16:58
Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb
Biznes
16:47
Azərbaycan Basketbol Liqası: "Ordu" NTD-ni məğlub edib
İdman
16:42
Kim Çen In Çinin Dandun şəhərində avtomobil zavodunu ziyarət edib - Yenilənib
Digər ölkələr
16:27
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələnib, iki Türkiyə vətəndaşı saxlanılıb
Digər ölkələr