"AFchamber": Orta Dəhlizin inkişafı üçün sağlam biznes mühiti lazımdır

İnfrastruktur
  • 21 oktyabr, 2026
  • 10:18
AFchamber: Orta Dəhlizin inkişafı üçün sağlam biznes mühiti lazımdır

Orta Dəhlizin inkişafı üçün sağlam biznes mühiti lazımdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan-Fransa Ticarət Palatasının ("AFchamber") icraçı direktoru Ceyhun Atayev Bakıda keçirilən Avropa İttifaqı – Azərbaycan Biznes Forumunda bildirib.

"Bu il diqqətimiz bağlantılara, infrastruktura və Orta Dəhlizə yönəlib. Fiziki infrastruktur, əlbəttə, vacibdir. Lakin təkcə avtomobil və dəmir yolları, limanlar uğurlu iqtisadi əlaqələr yarada bilməz. Bunun üçün sağlam biznes mühiti sə lazımdır. Bu mühit isə şəffaf, proqnozlaşdırıla bilən, rəqabətədavamlı, investisiyaları cəlb etmək iqtidarında olmalıdır. Biznes mühitini sağlam saxlamaq üçün isə bizə etibarlı məlumatlar, vəziyyətin dürüst qiymətləndirilməsi və əldə etdiyimiz nəticələr əsasında hərəkət etmək əzmi lazımdır", - deyə o qeyd edib.