20 və 94 nömrəli müntəzəm marşrut xətləri ilə bağlı elan edilmiş müsabiqənin vaxtı uzadılıb

İnfrastruktur
  • 06 iyul, 2018
  • 06:52
20 və 94 nömrəli müntəzəm marşrut xətləri ilə bağlı elan edilmiş müsabiqənin vaxtı uzadılıb

Bakı. 6 iyul. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) 20 və 94 nömrəli müntəzəm marşrut xətləri ilə bağlı elan etdiyi müsabiqənin vaxtını 7 iş günü müddətinə uzadıb.

BNA-dan "Report"a daxil olan məlumatda deyilir ki, buna səbəb 3-4 iyul tarixlərində elektrik təminatında yaranan problemlə bağlı qurumun xüsusi rejimdə fəaliyyət göstərməsidir.