"Bakıya uçuş" festivalı çərçivəsində Fərhad Xəlilovun yubiley sərgisi nümayiş olunur
- 30 oktyabr, 2026
- 13:32
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakıya uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ duy" festivalının proqramı daxilində Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə ithaf edilən "Mənim Abşeronum və daha artığı" adlı retrospektiv sərgi nümayiş olunur.
"Report" xəbər verir ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin ortaq təşkilatçılığı ilə hazırlanan bu sərgi sənətkarın yaradıcılığının fərqli mərhələlərini əhatə edərək onun bədii aləminin təkamülünü izləmək fürsəti yaradır.
Təqdim edilən işlərdə Fərhad Xəlilov molbert rəngkarlığının müxtəlif janrlarında fəaliyyət göstərərək realizm, avanqard və abstraksiya arasında fərdi bədii üslub yaradıb.
Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova "Report"a açıqlamasında bildirib ki, rəssamın yaradıcılığında Abşeron mənzərələri xüsusi əhəmiyyət daşıyır:
Şirin Məlikova Xalq rəssamının yaradıcılıq məhsuldarlığını da vurğulayıb:
"O, həmişə axtarışdadır, yeni obrazlar yaradır, onun rəng qamması daima dəyişilir. Fərhad müəllim 80 yaşında olmağına baxmayaraq, çox işgüzardır, çox məhsuldardır".
Muzey rəhbəri həmçinin söyləyib ki, binanın üçüncü mərtəbəsi tam şəkildə bu sərgiyə ayrılıb.
Xatırladaq ki, "Bakıya uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ duy" festivalı noyabrın 1-dək davam edəcək.