Azərbaycan mücrüləri Vaşinqtonda təqdim edilib

İncəsənət
  • 21 oktyabr, 2026
  • 11:07
Azərbaycan mücrüləri Vaşinqtonda təqdim edilib

ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən 24-cü ənənəvi Türk Festivalında Azərbaycan dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilib.

"Report"un məlumatına görə, Festivalda "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin sədri, tətbiqi sənət ustası Lalə Sərdarlı və təşkilatın həmtəsisçisi Toğrul Sərdarlı Azərbaycan dekorativ-tətbiqi sənətini təmsil ediblər.

Sərdarlı ailəsinin "Urud Abidələri", "Dərələyəzim Vəhdətdə", "Turan Yolu Zəngəzurum" və "Mirzə Qədim İrəvani İşığı" kolleksiyalarına daxil olan mücrülər vasitəsilə Azərbaycan xalqının tarixi yaddaşı, qədim ornamentləri, ailə-məişət mədəniyyəti və sənətkarlıq ənənələri nümayiş etdirilib.

Təşkilatçıların məlumatına görə, hər il 25 mindən çox ziyarətçi cəlb edən festivalda milli musiqi və rəqslər, xalq sənətkarlığı, ənənəvi geyimlər, keramika, toxuculuq, zərgərlik nümunələri və türk mətbəxi geniş şəkildə təqdim olunur.