"XPeng" humanoid robotların seriya istehsalına 2026-cı ilin sonunda başlayacaq
İKT
- 08 sentyabr, 2026
- 08:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Çinin texnologiya şirkəti "XPeng" "IRON humanoid" robotlarının seriya istehsalına 2026-cı ilin sonunda başlamağı planlaşdırır. Robotun ilkin modeli artıq avtomatlaşdırılmış yığım prosesindən keçərək konveyerdən çıxıb.
"Report" xəbər verir ki, bu barədə şirkət yaydığı press-relizdə məlumat verib.
"XPeng" yüksək səviyyəli, ümumi təyinatlı humanoid robotların istehsalı üçün dünyada ilk avtomatlaşdırılmış istehsal xəttini işə saldığını açıqlayıb. Xəttin avtomatlaşdırma səviyyəsi 80 faizdən çoxdur.
Şirkət robotların seriya istehsalına 2026-cı ilin sonunadək keçməyi, onların bazara tədarükünə isə 2027-ci ildə başlamağı planlaşdırır.
Son xəbərlər
18:30
İtaliyada tələbə nümayişləri keçirilib
Digər ölkələr
18:21
Sabah Binəqədi şossesinin bir hissəsində hərəkətə qısamüddətli məhdudiyyət qoyulacaq
İnfrastruktur
18:17
Foto
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Hərbi
18:16
Taleh Kazımov: "Pul siyasəti iqtisadiyyatın şaxələndirilməsini təkbaşına təmin edə bilməz"
Maliyyə
18:13
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hadisə
18:12
Zaur Həşimov: "Bu dəfəki məğlubiyyət daha acı oldu"
Futbol
18:08
Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb
Maliyyə
18:06
AMB 2026-2027-ci illər üçün inflyasiya proqnozunu sabit saxlayıb
Maliyyə
18:00
Foto
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət