Kəlbəcərdə hərbi qulluqçumuzun minaya düşməsi ilə bağlı cinayət işi başlanıb
Hərbi
- 05 avqust, 2022
- 17:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Avqustun 5-də Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin minaya düşməsi barədə məlumat daxil olub.
Kəlbəcər hərbi prokurorluğundan "Report"a verilən məlumata görə, hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla Babək Əliyevin rayon ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib.
Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
Son xəbərlər
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr