Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin Bakıda növbəti uçuşları keçirilib

Hərbi
  • 22 iyun, 2018
  • 05:59
Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin Bakıda növbəti uçuşları keçirilib

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri paradın məşqlərini davam etdirir.

“Report”un məlumatına görə, iyunun 22-də hərbi təyyarə və helikopterlərin Bakı şəhəri üzərində növbəti uçuşları həyata keçirilib.

Uçuşlar əsasən paradın keçiriləcəyi "Azadlıq" meydanının üzərində olub.

Qeyd edək ki, iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Bakıda parad keçiriləcək.

44 filmi