Ermənilərin atdığı mərmi Yuxarı Öysüzlü kənd sakininin həyətinə düşdü
Hərbi
- 14 iyul, 2020
- 16:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun yaşayış məntəqələrinə və bölmələrimizin mövqelərinə iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə atəş açarkən mərmilərdən biri Yuxarı Öysüzlü kəndində Raqif Qasımovun həyətinə düşüb.
“Report”un bölgə müxbiri xəbər verir ki, zərbənin gücündən R.Qasımova məxsus evin şüşələri sınıb.
Ev sahibi “Report”a açıqlamasında bildirib ki, hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.
“Həmin vaxt uşaq həyətdə oynayırdı”, - o əlavə edib.
Qeyd edək ki, iyulun 12-dən başlayaraq ermənilər Tovuz istiqamətində atəşkəsi pozmaqda davam edir.
Son xəbərlər
21:33
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib – Yenilənib
Region
21:22
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
Futbol
21:22
Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri başlayıb
Energetika
21:17
Foto
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
Fərdi
21:11
Foto
Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatında mükafatlandırma mərasimi keçirilib
Komanda
21:06
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Hadisə
21:03
Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq
İnfrastruktur
20:43
Foto
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
Xarici siyasət
20:42
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson respublikaçıların lideri vəzifəsindən gedəcək
Digər ölkələr