Dövlət Komissiyası: “Hazırda 400-dən artıq insan skeletinin eyniləşdirilməsi bizim üçün prioritetdir”

Hərbi
  • 23 may, 2023
  • 07:45
Dövlət Komissiyası: “Hazırda 400-dən artıq insan skeletinin eyniləşdirilməsi bizim üçün prioritetdir”

“Hazırda 400-dən artıq insan skeletinin eyniləşdirilməsi bizim üçün prioritetdir”.

“Report”un xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda keçirilən ilk beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu iş ilə bağlı mütəxəssislərin yaxından köməyi lazımdır:

“Ümid edirəm ki, itkin düşmüş şəxslərin ailələrini sevindirəcəyik. İnanıram ki, Beynəlxalq Qızıl Xaç Komitəsi bu məsələdə də bizə köməkliyini göstərəcək”.

44 filmi