Bakıda Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin təhsil üzrə ekspertləri arasında görüş keçirilir

Hərbi
  • 06 noyabr, 2018
  • 11:22
Bakıda Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin təhsil üzrə ekspertləri arasında görüş keçirilir

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Gürcüstanın Müdafiə Nazirliyi arasında imzalanan 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, noyabrın 6-da Bakıda hər iki ölkənin müvafiq qurumlarının təhsil üzrə ekspertləri arasında işçi görüşü başlayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İki gün davam edəcək görüşdə NATO-nun STANAG testlərinin tərtibatına və qarşılıqlı sınaqdan keçirilməsinə dair fikir mübadiləsi aparılacaq.