Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb
Hərbi
- 03 yanvar, 2023
- 09:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yanvarın 2-si saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər - Nigeriya vətəndaşı saxlanılıb.
Bu barədə “Report”a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.
Son xəbərlər
09:38
Pərviz Şahbazov: Böyük güclərin müqaviməti fonunda qazanılan Zəfər dünyada yeni presedent yaradıb
Daxili siyasət
09:33
Azərbaycan Basketbol Liqasında VI tura bu gün yekun vurulacaq
Komanda
09:30
Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət ediblər
Daxili siyasət
09:20
Şəmkirdə ağaca çırpılan maşındakı sərnişinlərdən biri ölüb – Yenilənib
Hadisə
09:11
Mikayıl Cabbarov: Ərazi bütövlüyünün bərpası Azərbaycanın qüdrətini daha da artırıb
Daxili siyasət
09:02
BƏƏ Milli Qvardiyası Oman körfəzində yanan gəmidən insanları xilas edib
Digər ölkələr
09:00
"Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
Futbol
08:55
Paraqvayın keçmiş Mərkəzi Bank rəhbəri Ueno Bank işi üzrə həbs edilib
Digər ölkələr
08:43
Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
Media