Xızıda sürücü onun maşınını vuran digər avtomobilin sürücüsünü qətlə yetirib

Hadisə
  • 17 yanvar, 2018
  • 03:22
Xızıda sürücü onun maşınını vuran digər avtomobilin sürücüsünü qətlə yetirib

Xızı. 17 yanvar. REPORT.AZ/ Xızı rayonunda qətl ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə bu gecə Xızı-Sumqayıt yolunda qeydə alınıb.

1980-ci il təvəllüdlü Cəfərov Vamiq Süleyman oğlu idarə etdiyi avtomobil ilə digər maşının arxa hissəsinə çırpılıb. Vurulan maşının sürücüsü (hələlik ad-soyadı açıqlanmır) qəzaya görə, V.Cəfərovla əlbəyaxa olub. Dava zamanı o, V.Cəfərovun sinə nahiyəsinə bıçaqla xəsarət yetirib. Nəticədə vurulan şəxs hadisə yerində ölüb.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.