Xaçmazda intensiv yağışlar nəticəsində evlərə su dolub, 22 nəfər təxliyə edilib
Hadisə
- 28 mart, 2026
- 15:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Xaçmaz rayonu, Cığatay kəndində yağan intensiv yağışlar nəticəsində yaşayış evlərinə su dolub.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Mülki müdafiə qoşunları və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Görülən tədbirlər nəticəsində köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Həyata keçirilən tədbirlər nəticəsində 5-i azyaşlı və 1-i əlilliyi olan şəxs olmaqla ümumilikdə 22 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.
Son xəbərlər
12:08
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb
İnfrastruktur
12:05
Foto
Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
Fərdi
11:55
Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib
Region
11:53
Foto
FIFA U-20 dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olunub
Futbol
11:53
Foto
Ramin Məmmədov: Azərbaycanın müxtəlif ölkələrlə tarixi əlaqələri regional əməkdaşlığın inkişafına zəmindir
Din
11:52
Monqolustan Dünya Bankının ən yoxsul ölkələr üçün fondunun donoru olub
Maliyyə
11:41
Füzuli şəhərinə indiyədək 3 200-ə yaxın sakin qayıdıb
İnfrastruktur
11:30
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət siyasəti
11:24
Manuel Noyer zədə səbəbindən "Bavariya"nın növbəti matçını buraxacaq
Futbol