Ucarda avtomobil təhlükəsiz kamera dirəyinə çırpılıb, ər-arvad ölüb - YENİLƏNİB

Hadisə
  • 23 oktyabr, 2018
  • 17:26
Ucarda avtomobil təhlükəsiz kamera dirəyinə çırpılıb, ər-arvad ölüb - YENİLƏNİB

Ucar. 23 oktyabr. REPORT.AZ/ Ucar rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Bakı şəhəri istiqamətində hərəkətdə olan, Gədəbəy rayon sakini, 1949-cu il təvəllüdlü Elman Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil yoldan çıxaraq təhlükəsizlik kamerası dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü və yanında olan arvadı, 1956-cı il təvəllüdlü Solmaz Məmmədova aldıqları bədən xəsarətlərindən ölüb.

Zərbənin təsirindən avtomobil və təhlükəsizlik kamerası da yararsız vəziyyətə düşüb.


***19:26
Ucar. 23 oktyabr. REPORT.AZ/ Ucar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 250 kilometrliyində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı  təhlükəsizlik kamerasının dirəyinə çırpılılb. Hadisə nəticəsində sürcü və avtomobildə olan bir nəfər qadının öldüyü bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Zərdabda minik maşınının traktorla toqquşması nəticəsində 1 nəfər ölüb.

44 - Tezliklə