Türkiyə vətəndaşının idarə etdiyi avtomobil Gəncədə ağaca çırpılıb
Hadisə
- 07 mart, 2024
- 11:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Ozan küçəsində Türkiyə vətəndaşı olan Ozan Alkanın idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə zərər dəyib.
Sürücünün sözlərinə görə, yolda olan çuxur qəzaya səbəb olub. Belə ki, avtomobil çuxura düşdükdən sonra təkər şini partlayıb və nəqliyyat vasitəsi idarəetmədən çıxıb.
Qeyd edək ki, O.Alkan Gəncə şəhərində olan ali məktəblərin birinin tələbəsidir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
16:12
Əmanətlərin Sığortalanması Fondu IADI-nin 25-ci İllik ümumi yığıncağında iştirak edib
Digər
16:08
"Bakı Fond Birjası"nın dövriyyəsi 32 % azalıb
Maliyyə
16:03
Akvakultura fəaliyyəti üçün torpağın kateqoriyasını dəyişməyə ehtiyac olmayacaq
ASK
16:02
"Barselona"nın futbolçusu Jül Kunde "Atletiko" ilə oyunu da buraxacaq
Futbol
15:57
Elnur Musayev: "Balıqçılıq və akvakultura təsərrüfatları üçün texnika güzəştləri tətbiq olunacaq"
ASK
15:56
"Yelo Bank"dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
Maliyyə
15:56
Foto
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
Daxili siyasət
15:54
Zehra Zümrüt Selçuk: Dövlətlər ümumi problemlərin həlli üçün səylərini birləşdirməlidir
Xarici siyasət
15:53
Azərbaycanda kirayə gəlirlərinin vergiyə cəlb edilməsində yeni qaydalar tətbiq ediləcək
Maliyyə