Tovuzda istirahət mərkəzində yanğın olub, turistlər evakuasiya edilib
Hadisə
- 05 sentyabr, 2017
- 10:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tovuz. 5 sentyabr. REPORT.AZ/ Tovuz rayonunda istirahət mərkəzində yanğın olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Şamlı kəndi ərazisində yerləşən "Narzan" ailəvi istirahət mərkəzində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tovuz rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və əməkdaşları cəlb olunub. İlkin məlumata görə, istirahət mərkəzində 200 kvadratmetr ərazidə yerləşən 8 otaq və kafe yanıb.
Yanğın nəticəsində yaxınlıqda olan beş iri gövdəli ağaclar da yanıb. Hadisə zamanı istirahətdə olan turistlər və istirahət mərkəzinin işçiləri evakuasiya edilib.
Yanğının başvermə səbəbləri araşdırılır.
Son xəbərlər
07:26
"Rosatom": Macarıstanda "Pakş-2" AES layihəsinin dayandırılması ehtimalı var
Digər ölkələr
06:45
Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq
Energetika
06:25
"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb
Energetika
05:55
"SpaceX" ABŞ-də ən azı 80 min mobil rabitə qülləsinə çıxış əldə etməyi planlaşdırır
İKT
05:18
Niderland "Ostin" fırtınasına hazırlaşır
Digər ölkələr
04:49
ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərdə süni intellekt sisteminin tətbiqinə 25 milyon dollar ayırıb
Digər ölkələr
04:15
Rubio və Rütte Qara dənizdə təhlükəsizliyi müzakirə ediblər
Digər ölkələr
03:50
Tramp yanacağın bahalaşmasına qarşı Koreya müharibəsi dövrünün qanununu tətbiq edib
Digər ölkələr
03:27
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər
Formula 1