Tovuzda avtomobil işıq dirəyinə və ağaca çırpılıb, sürücü ölüb
Hadisə
- 16 avqust, 2026
- 02:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tovuz rayonunun Düz Cırdaxan kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, "Ford" markalı yüngül ticari avtomobili idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı işıq dirəyinə, daha sonra isə ağaca çırpılıb.
Qəza nəticəsində avtomobilin sürücüsü, Düz Cırdaxan kənd sakini, 25 yaşlı Fərid Tağıyev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Güclü zərbə nəticəsində kəndin elektrik enerjisi ilə təminatında da fasilələr yaranıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobildən sürücünün meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
00:46
Türkiyədə 25 nəfər qidadan zəhərlənib
Region
00:09
Foto
Samuxda yol qəzası zamanı avtomobil iki hissəyə bölünüb, xəsarət alan var
Hadisə
00:01
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
Daxili siyasət
00:00
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Daxili siyasət
23:48
Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsindəki ilk matçında məğlub olub
Komanda
23:34
Tramp Ukraynada "Starlink"in zəifləməsində iştirakını inkar edib
Digər ölkələr
23:10
Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Xarici siyasət
22:54
Filipe Kandido: "İlk 10 dəqiqə ərzində "Araz-Naxçıvan"ın qarşısını necə alacağımızı düşünürdük"
Futbol
22:46
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
Region