Tovuzda avtomobil aşıb, sürücünün boynu qırılıb
Hadisə
- 28 dekabr, 2017
- 04:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 dekabr. REPORT.AZ/ Tovuz rayonunun Öysüzlü kəndində sürücünün boyun nahiyəsinin qırılması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, 1989-cu il təvəllüdlü Quliyev Zülfüqar Etibar oğlu idarə etdiyi "VAZ" markalı avtomobili yol kənarına aşırıb.
Maşının bir neçə dəfə dövrə vurması nəticəsində sürücü qapalı kəllə-beyin travması alıb. Onun vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Xəstəxanada məlum olub ki, Z.Quliyevin boyun sümüyü sınıb. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.
Son xəbərlər
01:45
İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Futbol
01:06
Video
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
Futbol
00:37
"Al-Arabiya": İran ABŞ-yə blokadanın ləğvi müqabilində Hörmüz boğazını açmağı təklif edib
Region
00:14
Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib
Hadisə
00:04
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət
23:41
"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır
Digər ölkələr
23:26
Foto
Məzahir Pənahov Belqradda Serbiyanın Seçki Komissiyasının sədri ilə görüşüb
Xarici siyasət
23:20
İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub
Digər ölkələr
22:55
"Çelsi" öz meydanında "Tottenhem"ə uduzub
Futbol