Tovuzda 5 yaşlı uşaq benzin içərək zəhərlənib
Hadisə
- 13 iyul, 2017
- 10:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tovuz. 13 iyul. REPORT.AZ/ Tovuz rayonunda 5 yaşlı uşaq benzin içərək zəhərlənib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.
Belə ki, kənd sakini, 2012-ci il təvəllüdlü Kərimli Tunar Rəşad oğlu yaşadığı evdə oyun oynadıqdan sonra susayıb və mətbəxdəki plastik butulkada olan benzini su bilərək içib. Səhfən benzini içən uşaq yaxınları tərəfindən xəstəxanaya aparılıb. Uşağa həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra palatya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
03:22
WP: Putin Trampın seçkilərlə bağlı narahatlığından onu öz tərəfinə çəkmək üçün istifadə edib
Digər ölkələr
02:52
"SpaceX" rüblük gəlirini illik ifadədə 161 % artırıb
Biznes
02:23
"Shafaq News": İraq İranla sərhədin böyük hissəsini bağlayıb
Digər ölkələr
01:42
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
Digər ölkələr
01:22
WSJ: İlon Mask Ukraynada "Starlink"in işini məhdudlaşdırmağı əmr edib
Digər ölkələr
01:03
UEFA Çempionlar Liqası: PSJ "Barselona"nı məğlub edib
Futbol
00:49
Əraqçi: Danışıqlarda ABŞ tərəfinə qətiyyən etibar etmək olmaz
Region
00:24
Zelenski Oslodakı danışıqların detallarını açıqlayıb
Digər ölkələr
00:00
Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət