Bakıda süpürgəçi qadını avtomobillə vurub öldürən şəxsin ibtidai istintaqı yekunlaşıb

Hadisə
  • 14 yanvar, 2019
  • 13:13
Bakıda süpürgəçi qadını avtomobillə vurub öldürən şəxsin ibtidai istintaqı yekunlaşıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Murğuz Şirinovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nəriman Mehdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində baş verib.

Belə ki, həmin ərazidə 90 DX 135 dövlət qeydiyyatı nişanlı “Hunday” markalı avtomobilin sürücüsü M.Şirinov süpürgəçi qadın, 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızını vurub. Qadın hadisə yerində dünyasını dəyişib.