Sumqayıtda sexdə partlayış zamanı xəsarət alan şəxs xəstəxanada ölüb
Hadisə
- 09 mart, 2026
- 11:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində yerləşən poladəritmə sexində fevralın 27-də baş verən partlayış zamanı xəsarət alan fəhlələrdən biri müalicə aldığı xəstəxanada həyatını itirib.
"Report"un yerli bürosunun məlumatına görə, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada işləyən 1994-cü il təvəllüdlü Elməddin Nurəddin oğlu İsmayılov, Ceyhun Zakir oğlu Davidov (1989) və Coşqun Ruşan oğlu Məmmədov (1997) müxtəlif dərəcəli yanıq xəsarətləri almışdılar.
Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıb. Aparılan müalicə və müayinələrə baxmayaraq 1997-ci il təvəllüdlü C.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
09:19
DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib
Elm və təhsil
09:19
Astarada kişi pilləkəndən yıxılaraq ölüb
Hadisə
09:17
Azərbaycanda son 23 ildə yaradılmış yeni generasiya gücünün həcmi açıqlanıb
Energetika
09:12
UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura start verilir
Futbol
09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (20.10.2026)
Maliyyə
09:04
Foto
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
Futbol
09:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (20.10.2026)
Maliyyə
09:00
UEFA Çempionlar Liqası: "Sabah" bu gün Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
Futbol
08:53
Qazaxıstan və Serbiya hərbi-texniki əməkdaşlıq barədə razılığa gəliblər
Digər ölkələr