Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı ağır yol qəzasına düşüb

Hadisə
  • 25 mart, 2018
  • 17:13
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı ağır yol qəzasına düşüb

Sumqayıt. 25 mart. REPORT.AZ/ Sumqayıt şəhərində bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü Bakı şəhər sakini Elbəy Nadir oğlu Məmmədov Sumqayıt şəhəri ərazisində iki avtomobilin toqquşması nəticəsində ağır yaralanıb.

O, dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, E.Məmmədovun vəziyyəti ağır olduğu üçün o, dərhal Bakı şəhərinə göndərilərək Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

E.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.