ANAMA əməkdaşı Ağdamda minaya düşüb, vəziyyəti qənaətbəxşdir
Hadisə
- 02 aprel, 2024
- 14:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Aprelin 2-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
"Report" xəbər verir ki, bu barədə Ağdam rayon prokurorluğu məlumat yayıb.
Hadisə nəticəsində ərazidə mina təmizləmə işləri aparan Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Əliyev Xəyyam Qəmbər oğlu xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib.
Hazırda Xəyyam Əliyevin vəziyyəti qənaətbəxşdir.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (29.10.2026)
Maliyyə
09:05
Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cünhuriyyət Bayramını təbrik edib
Xarici siyasət
09:04
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi mübarizəyə başlayır
Fərdi
09:04
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
Hadisə
09:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (29.10.2026)
Maliyyə
08:57
Salvador dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
Digər ölkələr
08:40
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Energetika
08:25
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb
Digər ölkələr
08:19
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur