Saray qəsəbəsində avtobusun iki gün əvvəl vurduğu piyada xəstəxanada ölüb

Hadisə
  • 13 noyabr, 2026
  • 12:32
Saray qəsəbəsində avtobusun iki gün əvvəl vurduğu piyada xəstəxanada ölüb

Abşeron rayonu Saray qəsəbəsində avtobusun noyabrın 11-də vurduğu piyada xəstəxanada ölüb.

"Report"un yerli bürosunun məlumatına görə, 9 nömrəli marşrut avtobusu qəsəbə ərazisində yolu keçən 1985-ci il təvəllüdlü Taleh Abdulovu vurub.

Ağır xəsarətlər alan piyada dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Həkimlərin göstərdiyi tibbi yardıma və aparılan müalicə tədbirlərinə baxmayaraq, Taleh Abdullov bu gün xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.