Salyan sakini özünü işlədiyi idarənin qarşısında yandırıb
- 09 fevral, 2022
- 08:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Salyan Rayon Yaşıllaşdırma İdarəsinin qarşısında özünü yandıraraq intihara cəhd edən şəxs Bakıya göndərilib.
Bu barədə "Report"a Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, xəstənin vəziyyəti orta-ağırdır: "Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra Respublika Yanıq Mərkəzinə təxliyə edilib".
12:12
Salyan rayon sakini özünü yandıraraq intihara cəhd edib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Salyan Rayon Yaşıllaşdırma İdarəsinin qarşısında qeydə alınıb.
Belə ki, həmin rayonun sakini, 1995-ci il təvəllüdlü Coşqun Quliyev özünü yandıraraq intihara cəhd edib.
Onun Salyan Rayon Yaşıllaşdırma İdarəsinin işçisi olduğu bildirilir.
Yaralı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə ilə bağlı fotonu sosial şəbəkədə Emil Məmmədov paylaşıb.