Salyan sakini itkin düşüb

Hadisə
  • 28 yanvar, 2022
  • 12:48
Salyan sakini itkin düşüb

Salyan rayon sakini itkin düşüb

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Kolanı kənd sakini, 38 yaşlı Müslüm Xəlilov 2021-ci ilin sentyabr ayının 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb: "Müslüm Xəlilovun əlamətləri - boyu 174 sm, arıq bədən quruluşlu, saçlarının rəngi qaradır".

"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

44 filmi