Salyan dəmir yolu stansiyasından oğurluğa cəhd edən şəxslər saxlanılıblar

Hadisə
  • 30 oktyabr, 2018
  • 07:46
Salyan dəmir yolu stansiyasından oğurluğa cəhd edən şəxslər saxlanılıblar

Salyan. 30 oktyabr. REPORT.AZ/ Salyan dəmir yolu stansiyasından oğurluğa cəhd edən şəxslər saxlanılıblar.

"Report"un Aran bürosu xəbər verir ki, Salyan dəmir yolu stansiyası ərazisindən 20 ədəd rels altlığını oğurlamağa cəhd göstərən 2 nəfər Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Salyan rayon sakini Rövşən Rzayev və Neftçala rayon sakini Mirzə İbrahimov olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.