Sabunçuda 23 yaşlı oğlan bıçaqlanıb

Hadisə
  • 17 dekabr, 2019
  • 18:54
Sabunçuda 23 yaşlı oğlan bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Xəlilov Ravin Dəmir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona ətrafların kəsilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

44 filmi