Sabunçu rayonunda 49 yaşlı piyadanı avtomobil vurdu

Hadisə
  • 05 iyul, 2020
  • 02:57
Sabunçu rayonunda 49 yaşlı piyadanı avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində 1971-ci il təvəllüdlü Həsənov Rasim inqilab oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol diz oynağının və döş qəfəsinin əziyi diaqnozları qoyulub.