Qusarda tapança satmaq istəyən şəxs saxlanılıb
Hadisə
- 01 dekabr, 2023
- 15:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qusar Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 1984-cü il təvəllüdü Eldar Əliyev Qusar rayonu Yasab kəndi ərazisində saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.
Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapançası, 5 ədəd patron və daraq aşkar edilərək götürülüb. Araşdırma zamanı izahati alınan E.Əliyev tapançanı bir müddət əvvəl Bakı şəhərində əldə etdiyini və satmaq məqsədi ilə Qusar rayonuna gətirdiyini bildirib. Faktla əlaqədar Qusar RPŞ-də təhqiqat araşdırmaları aparılır.
Son xəbərlər
17:37
Finlandiyada insan alverində şübhəli bilinən 9 nəfər saxlanılıb
Digər ölkələr
17:36
FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir
Futbol
17:29
Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Biznes
17:27
Foto
Naxçıvanda məktəblilər arasında atletika üzrə muxtar respublika birinciliyi keçirilib
Fərdi
17:25
Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edəcək
Milli Məclis
17:23
Rəyasət Heyətinin Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması qərarı təsdiq edilib
Daxili siyasət
17:21
Milli Məclisin növbəti plenar iclasında 10 məsələ müzakirə ediləcək - Yenilənib
Daxili siyasət
17:21
Naxçıvan Ticarət və Xidmət Departamentinə rəis təyin edilib
Daxili siyasət
17:18
Hücuma məruz qalmış Panama gəmisindən 25 nəfər təxliyə edilib
Digər ölkələr