Qubada alma bağları və biçilmiş taxıl sahələri yanıb
Hadisə
- 20 avqust, 2019
- 13:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Quba rayonunda alma bağları və biçilmiş taxıl sahələri yanıb.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Alpan kəndində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 50 hektara yaxın ərazi yanıb və onun 5 hektarı alma bağlarıdır.
Hadisə yerinə Qusar rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də yanğın baş verən ərazidə olub, alovun söndürülməsi istiqamətində müvafiq göstərişlər verib.
Yanğın söndürülüb, alovun meşə və kolluq ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
18:02
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub
Xarici siyasət
17:59
Ali audit orqanlarının müstəqilliyinin gücləndirilməsi müzakirə edilib
Maliyyə
17:57
AYNA: Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İnfrastruktur
17:55
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Digər ölkələr
17:49
Foto
İndira Hacıyeva Bişkekdə TDT-nin gənclər və idman nazirlərinin iclasında iştirak edib
Fərdi
17:39
Atletika üzrə Avropa çempionatı 2030-cu ildə Helsinkidə keçiriləcək
Fərdi
17:22
Cənubi Koreya Azərbaycanla aviasiya sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
İnfrastruktur
17:22
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
Hadisə
17:18
Foto
KPMG "Yaşıl Enerji Dəhlizi" ilə bağlı 4 prioritet istiqaməti müəyyən edib
Energetika