Qazaxda "təcili yardım" maşını qəzaya uğrayıb
Hadisə
- 10 mart, 2019
- 13:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazax. 10 mart. REPORT.AZ/ Qazax şəhərində "təcili yardım" maşını qəzaya uğrayıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Heydər Əliyev prospekti ilə çağrışa gedən "Qazel" markalı "təcili yardım" maşını "VAZ-2107" ilə toqquşub.
Qəza nəticəsində iki nəfər – 1997-ci il təvəllüdlü Musayev Cabir Musa oğlu və "VAZ"ın 1996-cı il təvəllüdlü sərnişini Elgün Musayev xəsarət alıb.
Hər iki yaralı hadisə yerinə çağrılan başqa "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Şəki şəhərində 10 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Son xəbərlər
06:09
Tramp: Rusiya və Ukrayna razılaşmaya yaxındır
Digər ölkələr
05:31
ABŞ-də Konqresə aralıq seçkilərin ilkin nəticələri açıqlanır - Yenilənir
Digər ölkələr
05:14
Rusiyanın cənubunda "Ozon" logistika mərkəzində dron hücumundan sonra yanğın olub
Region
04:47
Ağdaş və Göyçayın bir sıra ərazilərində bu gün işıq olmayacaq
Energetika
04:28
Tramp: ABŞ-nin yaxın vaxtlarda İrana zərbə endirmək planı yoxdur
Digər ölkələr
03:54
"Qalatasaray" "Ştutqart"la matçda fərqlənən Batrakovla müqaviləyə yenidən baxacaq
Futbol
03:18
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır
Digər ölkələr
02:44
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
Energetika
02:13
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Digər ölkələr