Qazaxda 28 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub
Hadisə
- 23 noyabr, 2023
- 03:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxda noyabrın 22-i saat 20 radələrində 1995-ci il təvəllüdlü Kənan Cəfərovun kəsici-deşici xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qazax rayon Prokurorluğundan "Report"a bildirilib ki, aparılan araşdırmalarla 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmovun rayonun Qazaxbəyli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Kənan Cəfərova bıçaqla bir neçə dəfə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Məhərrəmov iş üzrə şübhəli şəxs qismində tutulub.
Son xəbərlər
01:59
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1
01:42
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
Digər ölkələr
01:17
Krakovda atışma törədən şəxsin evində üç nəfərin meyiti aşkarlanıb
Digər ölkələr
01:01
Polşada iki günlük matəm elan edilib
Digər ölkələr
00:55
Video
Şahbuzun dağ kəndlərinə qar yağır
Ekologiya
00:33
İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək
Digər ölkələr
00:07
Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib
Daxili siyasət
00:00
Bu gün Azərbaycanda Zəfər Günüdür
Daxili siyasət
00:00
Foto
Şuşanın azad olunmasından 6 il ötür
Qarabağ