Qazaxda Kür çayında batan digər şəxsin də meyiti tapılıb
Hadisə
- 11 iyul, 2021
- 10:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxda Kür çayında batan 15 yaşlı oğlanın meyiti tapılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Qazax rayon Aslanbəyli kənd sakini, 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun meyiti bu dəqiqələrdə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Kür çayının Birinci Şıxlı kənd ərazisindən axan hissəsində H.Fəttahov və 1998-ci il təvəllüdlü Məhəd Elxan oğlu Şirməmmədov çayda batıblar.
Hadisənin bəzi təfərrüatları da məlum olub. Belə ki, H.Fəttahov çayda batıb bunu görən M.Şirməmmədov onu xilas etmək istəsə də, hər ikisi bataraq boğulublar.
Son xəbərlər
22:15
Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək
Region
22:02
Fransada genişmiqyaslı etirazlara 600 min nəfər qatılıb - Yenilənib
Region
21:54
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Region
21:46
Vəfat edən futbolçu Xesus de Migelin xatirəsi oyunların 9-cu dəqiqəsində anılacaq
Futbol
21:42
Araxamiya: Oleşkidəki atəşkəs 2022-ci ildən bəri gərginliyin azaldılmasına doğru ən böyük addım olub
Digər ölkələr
21:24
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Digər ölkələr
21:16
Afyonkarahisarda silahlı hücum qeydə alınıb, ölənlər var
Region
21:15
Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
Fərdi
21:12
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Region